Bank Of Baku

Metyu Brazya: “Heç kəs Avropaya qaz nəqli sahəsində inhisarçı ola bilməz”

Metyu Brazya: “Heç kəs Avropaya qaz nəqli sahəsində inhisarçı ola bilməz”
# 19 oktyabr 2007 10:21 (UTC +04:00)
APA-nın məlumatına görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Metyu Brayza Vilnüsdə keçirilən enerji sammitinin yekunlarını belə şərh edib. O, enerji təhlükəsizliyi məsələsində Rusiya, xüsusilə “Qazprom” şirkəti ilə danışıqlara ehtiyac duyulduğunu deyib: “Eyni zamanda biz anlamalıyıq ki, digər ölkə və şirkətlər də bizə kommersiya münasibətləri əsasında enerji daşıyıcılarının nəqlini təklif edə bilərlər. Vilnüsdə keçirilən enerji sammiti heç bir formada Rusiyaya qarşı yönəlməmişdi və bu ölkəni Avropa bazarından, yaxud Xəzərlə bağlı layihələrdən sıxışdırıb çıxarmaq məqsədi daşımırdı. Amma ABŞ hesab edir ki, heç kəs Avropaya qaz nəqlində inhisarçı ola bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR