Bank Of Baku

Metyu Brayza: “Ola bilsin ki, Azərbaycanda hasil olunan qaz Nabucco kəməri üçün kifayət etməsin”

Metyu Brayza: “Ola bilsin ki, Azərbaycanda hasil olunan qaz Nabucco kəməri üçün kifayət etməsin”
# 19 oktyabr 2007 10:35 (UTC +04:00)
Metyu Brayza Qazaxıstan və Türkmənistanın Nabucco layihəsinə qoşulmasını təklif edərək bildirib ki, Azərbaycanın qaz ehtiyatları Nabucco kəməri üçün kifayət etməyəcək: “Əminəm ki, bu layihənin reallaşması zamanı heç bir ərazi problemi ilə üzləşməyəcəyik. Rusiya və Türkiyə Qara dənizin dibindən “Mavi axın” kəmərini inşa edən zaman öz ərazi sularından istifadə etdilər və heç bir ərazi problemi yaranmadı. Nabucco iştirakçılarının Xəzərin dibindən kəmər çəkməsi zamanı da belə problemin ortaya çıxacağına inanmıram”. Hudson İnstitutunun Avrasiya Siyasəti Mərkəzinin rəhbəri Zeyno Baran da İraqın Nabucco layihəsində iştirakına tərəfdar çıxıb. O, İranın bu layihəyə daxil olmasını mümkün saysa da, bu addımın ABŞ-ın xoşuna gəlməyəcəyini vurğulayıb: “Bununla belə Nabucco iştirakçılarına İraq, İran və Rusiya ilə əməkdaşlıq etmək sərfəlidir”. Qeyd edək ki, Nabucco qaz kəmərinin inşası 2011-ci ilə kimi başa çatacaq. Bu kəmər Xəzərdəki yataqlardan hasil olunan qazın Avropa ölkələrinə nəqli üçün istifadə ediləcək. İllik ötürmə qabiliyyəti 31 milyard kubmetr olan Nabucco kəməri 5.8 milyard dollara başa gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR