Bank Of Baku

Litva parlamentinin üzvləri gələn həftə Azərbaycana gələcək

Litva parlamentinin üzvləri gələn həftə Azərbaycana gələcək
# 19 oktyabr 2007 10:55 (UTC +04:00)
Litva Seyminin xarici işlər komitəsinin sədri Yustinas Karosasın rəhbərliyi ilə bir qrup deputat oktyabrın 22-də Azərbaycana səfərə gələcək. Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin bu səfəri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun dəvəti ilə gerçəkləşir. Üç gün davam edəcək səfər zamanı litvalı deputatlar çoxlu sayda rəsmi görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin, Azərbaycanla Litva arasında müxtəlif sahədə münasibətlərin inkişafı ətrafında müzakirələr aparacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR