Bank Of Baku

Xələf Xələfov: “Xəzərin statusunun müəyyən olunmaması sualtı borularla bağlı layihələrin həyata keçirilməsinə əngəl törətmir”

Xələf Xələfov: “Xəzərin statusunun müəyyən olunmaması sualtı borularla bağlı layihələrin həyata keçirilməsinə əngəl törətmir”
# 19 oktyabr 2007 11:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün keçirdiyi mətbuat konfransında bildirib. İranla SSRİ arpasında imzalanmış müqavilələr çərçivəsində hər hansı sərhədin mövcud olmadığını vurğulayan nazir müavini buna görə də hazırda Xəzərin dibinin bölünməsi məsələsi ilə məşğul olduqlarını qeyd edib: “Eyni zamanda su səthində sərhədin, iqtisadi zonanın müəyyən olunması məsələsi və digər məsələlərin müzakirəsi davam etdirilir. Xəzər dənizinin statusunun müəyyən olunmaması gələcəkdə sualtı borularla bağlı layihələrin həyata keçirilməsinə əngəl törətmir. Su səthi ilə bağlı Azərbaycanın mövqeyi odur ki, dövlətlərin sərhədini müəyyən edən suverenlik müəyyən edilməlidir. Bundan başqa, hər bir sahilyanı dövlətin xüsusi iqtisadi zonası olmalıdır. Burada sahilyanı dövlət müstəsna olaraq balıqçılıqla məşğul olmaq hüququ əldə edəcək, kənardakı zonada isə balıqçılıq fəaliyyəti azad olacaq, amma müəyyən məhdudiyyətlər, kvotialar müəyyənləşəcək. Çünki kvotalar olmasa, Xəzərin ekoloji resurslarının qorunmasında problem yarana bilər - necə ki, bu gün həmin problem var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR