Bank Of Baku

Xələf Xələfov: “Delimitasiya prosesi kiminsə marağı əsasında deyil, normativ hüquqi sənəd əsasında aparılır”

Xələf Xələfov: “Delimitasiya prosesi kiminsə marağı əsasında deyil, normativ hüquqi sənəd əsasında aparılır”
# 19 oktyabr 2007 11:29 (UTC +04:00)
Azərbaycan-Rusiya delimitasiya komissiyasının növbəti iclasının ilin sonuna kimi keçirilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Xələf Xələfov Gürcüstanla sərhədlərin delimitasiyasına dair növbəti danışıqların da 2007-ci ilin sonuna kimi baş tutacağını bildirib: “Rusiya tərəfi ilə danışıqlarda razılaşdırılmamış 3 ərazi üzrə müzakirələr aparılacaq. Gürcüstanla da görüş gələn ilə saxlanılmayacaq. Çünki bu məsələ çox vacibdir, rəhbərlərimizin daim nəzarətindədir”. Keşikçi dağı ilə bağlı Gürcüstanla aparılan danışıqlara aydınlıq gətirən X. Xələfovun sözlərinə görə, görüşlərdə materiallar, xəritələr və digər müvafiq sənədlər öyrəniləcək: “Biz delimitasiya məsələsini hər hansı obyektə münasibətində kiminsə marağını nəzərə almaq prinsipi ilə keçirmirik. Delimitasiya məsələsi mövcud olan normativ hüquqi sənədlər, təcrübə və digər əlaqədar məsələlər əsasında aparılır. Gürcüstan və Rusiya ilə sərhədlərin dəqiqləşdirilməsi məsələsində də bu prinsipə əsaslanacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR