Bank Of Baku

Xələf Xələfov: “Qəbələ RLS-lə bağlı bütün prinsiplərin razılaşdırılmasında Azərbaycan müəyyən mənada iştirak edəcək”

Xələf Xələfov: “Qəbələ RLS-lə bağlı bütün prinsiplərin razılaşdırılmasında Azərbaycan müəyyən mənada iştirak edəcək”
# 19 oktyabr 2007 11:35 (UTC +04:00)
“Qəbələ Radiolokasiya Stansiyası Azərbaycan ərazisində yerləşir və stansiyanın daşınmayan əmlakı Azərbaycanın mülkiyyətidir”. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. Qəbələ RLS-lə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyi bəlli olduğunu deyən X. Xələfovun sözlərinə görə bu günə qədər qurulan təmaslar nəticəsində hələlik razılaşdırılmış prinsip qəbul olunmayıb: “Danışıqlar çərçivəsində bütün prinsiplərin razılaşdırılmasında Azərbaycan müəyyən mənada iştirak edəcək. Biz strateji balansın qorunub saxlanmasına, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə Azərbaycanın da öz töhfəsini verməsində maraqlıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR