Bank Of Baku

Əli Əliyev: “Müsavat və Demokrat partiyalarının indiki mərhələdə “Azadlıq” blokuna daxil olması mümkün deyil”

Əli Əliyev: “Müsavat və Demokrat partiyalarının indiki mərhələdə “Azadlıq” blokuna daxil olması mümkün deyil”
# 08 noyabr 2007 12:20 (UTC +04:00)
“Müsavat və Demokrat partiyalarının bir sıra siyasi proseslərə baxışında “Azadlıq” bloku ilə fərqli mövqelər var. Buna görə də həmin partiyaların indiki mərhələdə bloka daxil olması mümkün deyil”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Müsavat və ADP-nin bloka qoşulacağı ilə bağlı son günlər yayılan məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, blok sadəcə münasibətləri üst-üstə düşən partiyaların ittifaqı deyil: “ ADP və Müsavatla bir sıra ciddi proseslərə münasibətdə mövqe fərqliliyi var. Bu baxımdan həmin fərq aradan qalxmayana qədər bu partiyaların blokda təmilçiliyi mümkünsüzdür”. Bununla bərabər, Ə. Əliyev hesab edir ki, vaxtı gələndə ümumi maraqlardan çıxış etmək naminə blokun həmin partiyaların hesabına genişlənməsi mümkün ola bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR