Bank Of Baku

İsa Qəmbər Avropa Şurası Bakı ofisinin rəhbəri və Venesiya Komissiyasının nümayəndəsi ilə görüşüb

İsa Qəmbər Avropa Şurası Bakı ofisinin rəhbəri və Venesiya Komissiyasının nümayəndəsi ilə görüşüb
# 08 noyabr 2007 12:54 (UTC +04:00)
Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Avropa Şurası Bakı ofisinin rəhbəri Denis Bribosia və Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsovla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları məsələləri müzakirə mövzusu olub. Görüş zamanı 2008-ci il prezident seçkiləri ətrafında fikir mübadiləsi aparılıb və Müsavat Partiyası ilə Avropa Şurasının müvafiq strukturlarının bundan sonrakı əməkdaşlıq perspektivləri müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR