Bank Of Baku

DAK Gənclər Təşkilatı qurumda baş verən son hadisələrlə bağlı bəyanat verib

DAK Gənclər Təşkilatı qurumda baş verən son hadisələrlə bağlı bəyanat verib
# 08 noyabr 2007 13:01 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Gənclər Təşkilatı (GT) qurumda baş verən son hadisələrlə bağlı bəyanat verib. DAK GT-dan APA-ya verilən məlumata görə, bəyanatda DAK İdarə Heyətindən, Mərkəzi Nəzarət Təftiş Komissiyasından və təşkilat fəallarından qurum daxilində yaranan vəziyyətə münasibət bildirilməsi istənilib və parçalanma yaratmağa cəhd edənlərin cəzalandırılması tələb edilib: “DAK-da hər hansı neqativ hadisə baş verdikdə ümumi zərər yeni yaranmaqda olan milli diasporamıza öz təsirini göstərir. Biz istəməzdik ki, DAK-da parçalanmalar, çəkişmələr baş versin. Əsas hədəfimiz olan itirilmiş tarixi torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə yaddan çıxsın. Növbədənkənar qurultay və sairə kimi boş-boş mənasız işlərə enerjimiz sərf olunsun. Gənclər təşkilatı olaraq heç bir çirkin oyunlara getməyəcəyik. DAK və DDAK-ın birləşməyi gündəmdə olduğu bir vaxtda təşkilatımızın belə cılız məsələlərə vaxt ayırması təəssüf hissi doğurur. İndiki situasiyada növbədənkənar qurultay milli hərəkata zərbə, bizlərdən ümid gözləyən milli insanların arzularının puç olması demək olardı. Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı olaraq DAK-ın İdarə Heyətindən Nəzarət Təftiş Komissiyasından xahiş və tələb edirik ki, təşkilatımızın daxilində baş verən olaylara öz münasibətini bildirsinlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR