Bank Of Baku

BAXCP Ali Məclisinin növbəti sessiyası noyabrın 10-da keçiriləcək

BAXCP Ali Məclisinin növbəti sessiyası noyabrın 10-da keçiriləcək
# 08 noyabr 2007 13:01 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub.
İctimai-siyasi vəziyyətlə bağlı məsələlərlə bağlı fikir mübadiləsindən sonra BAXCP Ali Məclisinin növbəti sessiyasının noyabrın 10-da partiyanın müvəqqəti mənzil-qərargahında keçirilməsi barədə qərar qəbul edilib. İdarə Heyəti Ali Məclisin müzakirəsinə təqdim ediləcək məsələlərlə bağlı da müzakirə aparıb.
Ali Məclisdə partiyanın növbəti qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması nəzərdə tutulub.
BAXCP-nin sonuncu qurultayı (qurultay səlahiyyətli konfransı) 2004-cü il aprelin 3-də keçirilib. BAXCP Nizamnaməsinə əsasən, qurultay 4 ildən bir keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR