Bank Of Baku

Rauf Arifoğlu: “Müsavat Partiyasını tərk etmək fikrim yoxdur, yeni ittihamlara isə daha cavab verməyəcəm”

Rauf Arifoğlu: “Müsavat Partiyasını tərk etmək fikrim yoxdur, yeni ittihamlara isə daha cavab verməyəcəm”
# 08 noyabr 2007 13:20 (UTC +04:00)
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavatın Avropa Liberal Demokrat İslahat Partiyasına üzv qəbul olunması ilə bağlı partiyanın Divanına, Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) müraciət hazırlayıb. Bu barədə APA-ya açıqlamasında R. Arifoğlunun özü bildirib: “Müsavatın Avropa Liberal Demokrat İslahat Partiyasına üzv qəbul olunması ilə bağlı bütün fikirlər səsləndirilib. Mənim APA vasitəsi ilə yayılan geniş müsahibəmdə və professor Nəsib Nəsiblinin yazılarında mövzuya dair əhatəli təhlillər və lazımi mesajlar verilib. Təəssüf ki, qarşı tərəf qismində çıxış edən dostlarımız məsələnin elmi-nəzəri tərəfinə və ortaya atılan proqram-nizamnamə pozuntularına dair iddialara cavab vermək əvəzinə, prosesi şəxsi müstəviyə keçirdilər, vəziyyəti gərginləşdirdilər və bizləri ağlagəlməz əməllərdə günahlandırdılar. İş o yerə çatdı ki, partiyadaxili müzakirələr ”Yeni Müsavat" qəzetinin timsalında söz və mətbuat azadlığına müdaxiləyəcən gəlib çıxdı. Elmi-nəzəri polemika aparmağa qabiliyyəti çatmayan bəzi dostlar 30-cu illərin repressiya modelində “zəhmətkeş bəyanatları” təşkil edərək, qarayaxma kampaniyası başlatdılar, heç bir əsas olmadan, “Yeni Müsavat” qəzetini hədələdilər. Bütün bunlara etiraz etməklə yanaşı, onu bəyan edirəm ki, bundan sonra barəmdə aparılan kampaniyalara, qara piara qarşı qəzet səhifələrində deyil, fərqli müstəvilərdə cavab verəcəm, haqqımda böhtan yayan insanlardan və onların böhtanlarını dərc edən qəzetlərdən sübutlar tələb edəcəm. Bəzi partiya funksionerlərinə də tövsiyyə edərdim ki, özlərini və təşkilatımızı nüfuzdan salan açıqlamalara, böhtan və şantaj kampaniyalarına son qoysunlar, öz işləri ilə məşğul olsunlar. Qarşıda bizim hamımızı ciddi mübarizə, demokratiyanın qələbəsini təmin etmək üçün daha bir cəhdi sınamaq imkanları gözləyir."
Rauf Arifoğlu onu da bildirib ki, Müsavat başqanına və MNTK-sına etdiyi müraciətlərə ən qısa zamanda rəsmi və yazılı cavab almağa çalışacaq. Ən sonda baş redaktor “barəmdə edilən haqsızlıqlara və mənəvi terror kampaniyasına məruz qalmağıma baxmayaraq, Müsavat Partiyasını tərk etmək, başqa bir iddiaçını dəstəkləmək fikrim yoxdur” söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR