Bank Of Baku

Müxalifət partiyalarının bir qrupu seçki komissiyalarının heç bir siyasi qüvvənin təmsilçisi olmayan şəxslərdən formalaşmasını təklif edib

Müxalifət partiyalarının bir qrupu seçki komissiyalarının heç bir siyasi qüvvənin təmsilçisi olmayan şəxslərdən formalaşmasını təklif edib
# 08 noyabr 2007 13:28 (UTC +04:00)
KXCP-dən APA-ya verilən məlumata görə, Azadlıq, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Milli Demokrat, Tərəqqi, Azad Azərbaycan, Milli İstiqlal, Bütöv Azərbaycan, Açıq Cəmiyyət, Türk Millətçi, Sosial Demokrat partiyaları, Azərbaycan Yolu Siyasi Hərəkatı və Bizim Azərbaycan Blokuna daxil olan siyasi təşkilatların iştirak etdiyi tədbirdə Seçki Məcəlləsinin təkmilləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsinə dair fikir mübadiləsi aparılıb, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Tədbirin sonunda müzakirələrdə iştirak edən təşkilatların mövqeyini ifadə edən bəyanat da qəbul edilib. Bəyanatda demokratik seçkilərin keçirilməsi ilə bağlı ölkədə yaranan problemlərə diqqət yönəldilib: “Seçki qanununun dəyişdirilməsi, demokratik seçkilərin keçirilməsi üçün Azərbaycanda demokratik qüvvələrin bir araya gəlməsinə ehtiyac olduğu halda bir neçə partiyanın seçki komissiyalarının, yalnız onların nümayəndələrindən təşkil olunması ilə bağlı iddialar başa düşülən deyil. Bu partiyaların əvvəlki seçkilərdə hakimiyyətlə bazarlığa getdiyini, bir neçə mandata görə demokratik prinsiplərdən imtina etmələrini, onların seçki komissiyalarındakı nümayəndələrinin müəyyən maraqlar naminə saxta seçki protokollarının imzaladıqlarını nəzərə alsaq, seçki komissiyaları bütövlükdə bu partiyaların nümayəndələrindən olsa belə, seçkilərin saxtalaşdırılmayacağına heç bir təminat yoxdur”. Bəyanatda müxalifət düşərgəsində təmsil olunan bəzi partiyaların fəaliyyətlərinin müxalifətin parçalanmasına yönəldiyi də vurğulanıb: “Bəzi partiyaların bu cür mövqe nümayiş etdirməsi seçki öncəsi ən prinsipial məsələlərdə demokratik qüvvələrin parçalanması, hakimiyyətlə növbəti bazarlaşmalar imkanı əldə edilməsi və qərbin ayırdığı qrantların onlara çatması məqsədi daşıyır”. Bəyanatda heç bir siyasi qurumun nəzarətində olmayan seçki komissiyalarının formalaşdırılmasının zəruriliyi də qeyd olunub: “Biz indiki seçki qanunun dəyişdirilməsini, demokratik seçkilərin keçirilməsinə təminat verə biləcək və heç bir siyasi qüvvənin nəzarətində olmayan seçki komissiyalarının yaradılmasını tələb edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR