Bank Of Baku

Bakıda dekabrın 10-da keçiriləcək mitinqin Təşkilat Komitəsinin ilk iclası keçirilib

Bakıda dekabrın 10-da keçiriləcək mitinqin Təşkilat Komitəsinin ilk iclası keçirilib
# 08 noyabr 2007 13:36 (UTC +04:00)
Söz azadlığının və həbsdə olan jurnalist Eynulla Fətullayevin Hüquqlarının Müdafiəsi Komitəsinin təşəbbüsü ilə dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günündə keçiriləcək mitinqin Təşkilat Komitəsinin bu gün ilk iclası keçirilib. APA-nın xəbərinə görə, Təşkilat Komitəsinin rəhbərim Eldar Namazov bildirib ki, artıq aksiyaya hazırlıq işləri başlanıb. O, deyib ki, insan haqları günü ilə bağlı noyabrın 10-dan dekabrın 10-dək Azərbaycanda “insan haqlarının müdafiəsi aylığı” keçiriləcək. O, aksiya ilə bağlı bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyini də bildirib. Mitinqin şəhərin mərkəzi meydanlarından birində keçirilməsini istədiklərini bildirən Təşkilat Komitəsinin rəhbəri bununla belə, Bakı meriyası Ukrayna meydanında aksiya keçirməyi məsləhət görsə, bu qərarla da razılaşacaqlarını söyləyib. E. Namazov deyib ki, aksiya ilə bağlı Mitinq Komitəsinin tərkibi yaxında elan olunacaq.
Tədbirdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Mitinq Komitəsinə siyasi partiyaların da nümayəndələrinin daxil olmasını təklif edib.
ALP-nin sədr əvəzi Əvəz Temirxan da tədbirə dəstək verəcəklərini deyib.
Millət vəkili Pənah Hüseyn isə Müsavat deputat qrupunun üzvlərinin aksiyaya dəstək verəcəklərini vurğulayıb.
Təşkilat Komitəsində qərara alınıb ki, 10 dekabr mitinq günü üçün ən orijinal plakat, şüar müsabiqəsi elan olunacaq, qaliblərə qiymətli hədiyyələrin veriləcək. Mitinqlə bağlı Azərbaycanda insan haqları ilə bağlı fotosərgi, 8-9 dekabrda isə Bakıda insan haqlarının müdafiəsinə həsr olunan beynəlxalq konfrans keçirilməsi barədə qərarlar qəbul olunub.
Qeyd olunub ki, aksiyada dünya KİV-lərinin, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin iştirakı təmin olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR