Bank Of Baku

Sərbəst toplaşmaq azadlığına qadağa qoyulması halları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək

Sərbəst toplaşmaq azadlığına qadağa qoyulması halları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcək
# 08 noyabr 2007 13:55 (UTC +04:00)
“Sərbəst toplaşmaq azadlığına qoyulan qadağalar, Bakı şəhər İcra Hakimiyyətinin aksiya təşkilatçılarına verdiyi rədd cavabları ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunmalıdır”. APA-nın xəbərinə görə, bunu millət vəkili Pənah Hüseyn deyib. Beynəlxalq insan hüquqlarını müdafiə günü ilə bağlı dekabrın 10-da keçiriləcək mitinqin Təşkilat Komitəsinin iclasında çıxış edən P. Hüseyn bildirib ki, tezliklə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanda sərbəst toplaşmaq azadlığına qadağa qoyulması faktı üzrə qərar qəbul edilməsinə nail olmaq lazımdır. Media Hüquqları İnstitutunun direktoru, vəkil Rəşid Hacılı isə yaxın keçmişdə İçərişəhərdə və Sabir bağında piketlərə icazə verilməməsi və aksiyalara cəhdin qarşısının polis müdaxiləsi ilə alınması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcəyini açıqlayıb: “Bu işə yaxın zamanlarda Ali Məhkəmədə baxılandan sonra Avropa Məhkəməsinə müraciət edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR