Bank Of Baku

İFES-in Azərbaycan üzrə direktoru: “Biz seçki komissiyalarının tərkibi ilə bağlı müzakirələrdə iştirak üçün bir sıra partiyalara dəvətnamə göndərmişik”

İFES-in Azərbaycan üzrə direktoru: “Biz seçki komissiyalarının tərkibi ilə bağlı müzakirələrdə iştirak üçün bir sıra partiyalara dəvətnamə göndərmişik”
# 08 noyabr 2007 15:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Azərbaycan üzrə direktoru Den Blessinqton 4 müxalifət partiyasının bəyanatına münasibət bildirərkən deyib. Qeyd edək ki, müxalifət partiyaları müzakirələrin məhz İFES tərəfindən təşkil olunmasına və bütün partiyaların bu toplntıya dəvət olunmasına etiraz edərək boykot qərarı veriblər. D. Blessinqton bəzi partiyaların belə qərar qəbul etməsindən xəbərdar olduğunu vurğulayıb: “Son iki gündə keçirilən müzakirələri Venesiya Komissiyası və MSK təşkil etmişdi. Sabah keçiriləcək müzakirələrin təşkilatçısı olaraq İFES bütün partiyaların burada iştirakında maraqlıdır. Çünki bu müzakirələrdə insanlar öz fikirlərini söyləyir və razılaşmadıqları məqamları deyirlər. İnanıram ki, aparılan müzakirələr nəticəsində bəzi məqamlara aydınlıq gələcək”. O, seçki komissiyalarının tərkibi ilə bağlı aparılacaq müzakirələrin əhəmiyyətli olacağına ümid etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR