Bank Of Baku

Seçkilər zamanı şikayət və müraciətlərə baxılması ilə bağlı Seçki Məcəlləsinə mümkün dəyişikliklərə dair dəyirmi masa yekunlaşıb

Seçkilər zamanı şikayət və müraciətlərə baxılması ilə bağlı Seçki Məcəlləsinə mümkün dəyişikliklərə dair dəyirmi masa yekunlaşıb
# 08 noyabr 2007 15:51 (UTC +04:00)
Avropa Şurasının Venesiya Komissiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) birgə təşkil etdiyi “Seçkilər zamanı şikayət və müraciətlərə baxılması ilə bağlı Seçki Məcəlləsinə mümkün dəyişikliklər”ə dair iki günlük dəyirmi masa öz işini başa vurub. APA-nın məlumatına görə, dəyirmi masaya MSK üzvləri, QHT təmsilçiləri, siyasi partiyalardan AVP, Ədalət, AMİP, ASDP, ALDP, BQP, ACP, Ümid, BAXCP, VHP, ADİP və YAP nümayəndələri qatılıb. MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında müzakirələrdə seçki bülletenlərinin zərflərə qoyulmaması və zərflərin ləğvi ilə bağlı təklif irəli sürdüyünü deyib. Bundan əlavə, seçici siyahılarının hazırlanması, dəqiqləşdirilməsi, səsverməyə 35 gün qaldıqdan sonra siyahıya düşmək üçün məhkəməyə müraciət etmək tələbi, vətəndaşın faktiki yaşadığı ərazidə seçici siyahısına düşməsi, şikayətlərə baxılması qaydası, seçicilərin və komissiya üzvlərinin marrifləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Bəzi müxalifət partiyaları ilə bərabər, hökumət üzvlərinin və Milli Məclisin nümayəndələrinin də müzakirəyə qatılmamasının səbəblərinə gəldikdə, M. Pənahov bunu dəyirmi masada yalnız QHT və partiyaların təkliflərinin səsləndirilməsi ilə əlaqələndirib: “Milli Məclisdən Səfa Mirzəyev bu müzakirələrin içindədir. Tədbirin keçirilməsində məqsəd yalnız təklifləri dinləmək idi”. M. Pənahov razılaşdırılmış məqamlarla bağlı yaxın vaxtlarda ümumiləşdirilmiş təkliflərin hazırlanıb aidiyyəti qurumlara təqdim olunacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR