Bank Of Baku

Məzahir Pənahov: “Bəzi partiyaların müzakirələri boykot etməsi onların öz seçimidir”

Məzahir Pənahov: “Bəzi partiyaların müzakirələri boykot etməsi onların öz seçimidir”
# 08 noyabr 2007 16:04 (UTC +04:00)
“Seçki Məcəlləsi siyasi partiyalar üçün vacib məsələlərdən biridir. Partiyalar bununla bağlı tədbirlərdə iştirak etmirlərsə, bu, onların öz seçimidir”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir qrup müxalifət partiyasının Venesiya Komissiyası, MSK və İFES-in Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təşkil etdiyi müzakirələri boykot etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu tədbirin keçirilməsi prinsipi bütün partiyalara öz təkliflərini səsləndirmək üçün bərabər imkanların yaradılmasından ibarət olub: “Hətta fərdi vətəndaşlara da imkan yaradırıq. Partiyaların bəyanatına və ittihamlarına bizim münasibət bildirməyimiz düzgün deyil. Amma hesab edirəm ki, cəmiyyətin bütün təbəqələri üçün maraqlı olan bir məsələ müzakirə olunursa, bütün tərəflər iştirak etməlidir. Burada pis heç nə yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR