Bank Of Baku

Əvəz Temirxan: “Yevgeniya Jivkova AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi postundan istefa verməlidir”

Əvəz Temirxan: “Yevgeniya Jivkova AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi postundan istefa verməlidir”
# 08 noyabr 2007 16:25 (UTC +04:00)
“Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni təyin olunmuş həmməruzəçisi Yevgeniya Jivkova bu vəzifədən istefa verməlidir. Çünki modelyer və biznesmen bir şəxs Azərbaycanın ağır ictimai-siyasi durumunda demokratiya istiqamətində heç bir əhəmiyyətli addım ata bilməz”. Bu açıqlamanı APA-ya Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bildirib. Onun sözlərinə görə, bu məruzəçi Azərbaycanda demokratiya uğrunda mübariz imici qazana bilməyəcək və bu, ölkədə demokratiyaya, Avropa Şurasına olan inamı daha da sarsıdacaq. Sədr əvəzi Y. Jivkovanın babası Todor Jivkovun vaxtilə Bolqarıstanda diktatura yaratdığını və türklərə nifrət siyasəti həyata keçirdiyini bildirib: “Todor Jivkov Bolqarıstan türklərinə divan tutub, onların milli kimliklərini dəyişdirirdi, türklərin varlığını belə tanımırdı. Onun hakimiyyəti dövründə yüz minlərlə türk müraciət etməyə məcbur oldu. Mən Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinə müraciət edirəm ki, öz xətti ilə Yevgeniya Jivkovanın nəzərinə çatdırsın ki, yaxşı olar ki, bu vəzifədən istefa versin”. Ə. Temirxan xahişi nəzərə alınmayacağı halda, gələcəkdə digər addımlar da atacağını bildirib: “Bununla bağlı gələcəkdə də bəzi təkliflərim olacaq. Amma onları indidən açıqlamaq istəmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR