Bank Of Baku

Azərbaycan ordusunun 90 illiyi münasibətilə gələn il Gəncədə “Türk ulduzları”nın iştirakı ilə təntənəli tədbirlər keçirilməsi planlaşdırılır

Azərbaycan ordusunun 90 illiyi münasibətilə gələn il Gəncədə “Türk ulduzları”nın iştirakı ilə təntənəli tədbirlər keçirilməsi planlaşdırılır
# 09 noyabr 2007 08:34 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu sözləri Türkiyənin “Milliyet” qəzetinin yazarı Fikrət Bila qələmə alıb. Abdullla Gülü Azərbaycana səfərində müşayiət edən nümayəndə heyətinin tərkibində olan F. Bila Türkiyə prezidentinin Gəncə şəhərinə səfərinin üzərində xüsusi dayanıb. Müəllif yazıb ki, A. Gül Birinci Dünya Müharibəsindən sonra Türkiyə Cümhuriyyətindən öncə elan edilən ilk müstəqil Azərbaycan Cümhuriyyətinin mərkəzi olan və Ermənistan sərhədləri yaxınlığında yerləşən Gəncədə önəmli mesajlar verib. Belə ki, Gəncədəki tarixi hamamda yaradılan muzeydə ona hədiyyə edilən qılınc böyüklüyündəki Qafqaz xəncərini qınından çıxaran prezident jurnalistlərin “qılıncınızı sıyırdınız, həm də bu coğrafiyada” replikasına belə cavab verib: “Qafqazda qılıncınız daim qınında hazır olmalıdır”. A. Gül gələn il iyunun 26-da Azərbaycan ordusunun qurulmasının 90 illiyi münasibətilə Gəncədə xüsusi mərasimlər keçiriləcəyini də deyib. O bildirib ki, bayram tədbirlərində Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” eskadrilyasının iştirakı da planlaşdırılır. F. Bila yazıb ki, A. Gül gələn il Gəncədə təşkil olunacaq təntənəli tədbirlərlə Türkiyənin Azərbaycan və türk dünyasına dəstəyini nümayiş etdirmək fikrindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR