Bank Of Baku

Sergey Kuznetsov: “Seçki komissiyalarının formalaşdırılmasına dair siyasi saziş olsa, biz bunu qanun şəklinə sala bilərik”

Sergey Kuznetsov: “Seçki komissiyalarının formalaşdırılmasına dair siyasi saziş olsa, biz bunu qanun şəklinə sala bilərik”
# 09 noyabr 2007 08:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı Bakıda səfərdə olan Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov verib. O, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Venesiya Komissiyasının mövqeyini açıqlayıb: “Bizim fikrimiz belədir ki, seçki komissiyaları seçki prosesinin bütün iştirakçılarının etimadını qazanmalıdır, hər kəs bu komissiyalara etibar etməlidir. Buna nail olmağın müxtəlif formaları var. Ümidvaram ki, bu gün cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul edilən seçki komissiyalarının tərkibini formalaşdırmaqla bağlı hansısa ideyalar eşidəcəyik”. Sergey Kuznetsov seçkilərdən sonra Venesiya Komissiyasına daxil olan məlumatlar əsasında cəmiyyətdə seçki komissiyalarına bir o qədər etimad olmadığı qənaətinə gəldiklərini deyib: “Biz siyasi təşkilat deyilik, biz yalnız hüquqi məsələlərlə məşğul oluruq. Əgər hansısa siyasi saziş olsa, o zaman biz həmin razılaşmanın həllinə texniki səviyyədə yardım göstərməyə, yəni bu razılaşmanı qanun formasına salmağa hazırıq”. Sergey Kuznetsov seçki komissiyalarının tərkibinin formalaşdırılmasına dair müxtəlif təkliflər olduğunu, lakin yekun sözü Azərbaycan tərəfinin verəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR