Bank Of Baku

Əli Həsənov: Söz və mətbuat azadlığı ilə insanları təhqir edib, onların şərəf və ləyaqətini alçaltmaq arasında heç bir əlaqə yoxdur”

Əli Həsənov: Söz və mətbuat azadlığı ilə insanları təhqir edib, onların şərəf və ləyaqətini alçaltmaq arasında heç bir əlaqə yoxdur”
# 09 noyabr 2007 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin həbsinə və onların əfvinin nəzərdə tutulub-tutulmaması ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, insanları təhqir edən, şərəf və ləyaqətini alçaldan, onlara böhtan atan insan hansı peşənin sahibi olmasından asılı olmayaraq, qanun qarşısında cavab verməlidir: “Jurnalistlərin həbsi ilə bağlı məsələni beynəlxalq qurumların necə təqdim etməsindən asılı olmayaraq, biz özbaşınalığa və anarxiyaya yol verib, bir insanın hüququnu başqa insanın peşəsi hesabına məhdudlaşdıra bilmərik. Söz və mətbuat azadlığı ilə insanları təhqir edib, onların şərəf və ləyaqətini alçaltmaq arasında heç bir əlaqə yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR