Bank Of Baku

Bakıda üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı elan edilməsinin 89-cu ildönümü ilə bağlı aksiya keçirilib

Bakıda üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı elan edilməsinin 89-cu ildönümü ilə bağlı aksiya keçirilib
# 09 noyabr 2007 09:33 (UTC +04:00)
Bu münasibətlə ölkədə fəaliyyət göstərən 3 gənclər təşkilatı yürüş keçirib. APA-nın xəbərinə görə, aksiya Qarabağ Azadlıq Təşkilatının Gənclər Komitəsi, Azərbaycan Demokratik Gənclər Hərəkatı və “Milli Fikir” Gənclər Hərəkatı tərəfindən keçirilib. Azərbaycan bayrağına bürünmüş aksiya iştirakçıları əvvəlcə Cəfər Cabbarlının heykəli qarşısından Şəhidlər Xiyabanına yürüş etməyə cəhd göstərib. Lakin polis buna imkan verməyib, aksiya iştirakçılarında Rüfət Əhmədzadə saxlanılaraq Nəsimi RPİ-nin 22-ci polis bölməsinə aparılıb. Daha sonra gənclər metronun “Bakı Soveti” stansiyası ətrafında toplaşaraq Filarmoniya bağından Milli Parkdakı Paraşüt qülləsinə qədər yürüş ediblər. onlar Bakı sakinlərinə Azərbaycan bayraqları və dövlət bayrağı haqqında məlumatların əks olunduğu broşüralar paylayıblar. Aksiya insidentsiz başa çatıb. Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının parlamenti 9 noyabr 1918-ci ildə üçrəngli bayrağı dövlət bayrağı elan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR