Bank Of Baku

Prezident Aparatının şöbə müdiri: ““Gürcüstanda yaranmış vəziyyət Azərbaycanı narahat edir”

Prezident Aparatının şöbə müdiri: ““Gürcüstanda yaranmış vəziyyət Azərbaycanı narahat edir”
# 09 noyabr 2007 10:12 (UTC +04:00)
“Gürcüstanda yaranmış vəziyyət Azərbaycanı narahat edir. Çünki ölkəmiz Gürcüstanla dost və strateji münasibətləri olan ölkədir”. APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Gürcüstanda baş verən son hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda ölkələrindən birində baş verən istənilən arzuolunmaz digərlərinə də öz təsirini göstərir: “Ona görə də ümid edirik ki, Gürcüstandakı böhran tezliklə aradan qalxacaq, orada yaşayan insanların həyat tərzinə, Gürcüstan dövlətinin sabitliyinə xələl gətirməyəcək və gürcü xalqı bu vəziyyətdən çıxış yolu tapacaq. Arzu edirik ki, Gürcüstandakı proseslər demokratik, insan hüquqları qorunmaqla həyata keçirilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR