Bank Of Baku

Mahmud Məmmədquliyev Berlinə gedir

Mahmud Məmmədquliyev Berlinə gedir
# 09 noyabr 2007 10:16 (UTC +04:00)
Noyabrın 12-14-də Almaniyanın paytaxtı Berlində “Mərkəzi Asiya və Avropa: XXI əsr üçün yeni iqtisadi tərəfdaşlıq” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də iştirak edəcək. Bu barədə APA-ya M. Məmmədquliyevin özü məlumat verib. O bildirib ki, konfrans BMT-nin SPEKA proqramı (Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqram) çərçivəsində təşkil olunur. Qeyd edək ki, bu proqram 1998-ci ildə BMT tərəfindən Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan üçün yaradılıb, daha sonra Azərbaycan və Türkmənistan da bu proqrama qoşulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR