Bank Of Baku

“Yeni Siyasət” blokunun prezident seçkilərində necə iştirak edəcəyi hələ bəlli deyil

“Yeni Siyasət” blokunun prezident seçkilərində necə iştirak edəcəyi hələ bəlli deyil
# 09 noyabr 2007 11:40 (UTC +04:00)
“Parlament seçkiləri ilə bağlı yaradılmış koalisiya eyni qaydada prezident seçkilərinə qatıla bilməz. Hər seçkilərin özünəməxsus formatları olur. Buna görə də “Yeni Siyasət” blokunun prezident seçkilərində necə iştirak edəcəyi hələ bəlli deyil”. Bunu APA-ya açıqlamasında Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov “Yeni Siyasət” blokunun (YeS) prezident seçkilərində iştirakı ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, digər ölkələrin təcrübəsində də koalisiyalar parlament seçkiləri proporsional qaydada keçirildikdə bir, majoritar sistem üzrə keçirildikdə başqa cür müəyyənləşir: “Prezident seçkiləri isə tamamlə fərqli format tələb edir. Ona görə də eyni formatla həm parlament, həm prezident seçkilərində iştirak etmək düzgün olmaz. Hansısa formada koalisiya yaradılacaq və bu boşluq doldurulacaq. Amma “YeS” eynilə parlament seçkilərindəki kimi prezident seçkilərində iştirak edə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR