Bank Of Baku

AMİP-in Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib

AMİP-in Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib
# 09 noyabr 2007 13:25 (UTC +04:00)
Səbayel rayon məhkəməsi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddianı təmin etməyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində partiyanın qaldırdığı iddia əsaslı sayılmayıb və təmin olunmayıb. Partiya isə bu qərarın ədalətli olmadığını hesab edir. AMİP Səbayel rayon məhkəməsinin qərarı ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşır. Qeyd edək ki, partiya təyin olunmuş bir neçə aksiyanın keçirilməsinə razılıq vermədiyi üçün şəhər rəhbərliyindən məhkəməyə müraciət etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR