Bank Of Baku

Denis Bribosia: “Dörd müxalifət partiyasının seçki komissiyalarının tərkibi ilə bağlı müzakirələrə qatılmamasından təəssüflənirik”

Denis Bribosia: “Dörd müxalifət partiyasının seçki komissiyalarının tərkibi ilə bağlı müzakirələrə qatılmamasından təəssüflənirik”
# 09 noyabr 2007 15:53 (UTC +04:00)
“Biz dörd müxalifət partiyasının seçki komissiyalarının tərkibi ilə bağlı keçirilən müzakirələrə qatılmamasından təəssüflənirik”. APA-nın məlumatına görə, bunu Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia ALP, ADP, AXCP və Müsavatın Seçki Məcəlləsi ilə bağlı keçirilən müzakirələri boykot etməsinə münasibət bildirərkən deyib. O, müzakirələrdə bütün siyasi qüvvələrin iştirakında maraqlı olduqlarını söyləyib: “Amma biz onları da günahlandırmırıq. Sadəcə, biz Avropa təşkilatı olaraq belə dialoqlar keçirməyin fanatıyıq. Onların bu müzakirələrə qatılmaması o demək deyil ki, gələcəkdə də keçiriləcək toplantılara qatılmayacaqlar”.
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov da müxalifət partiyalarının bu addımından təəssüfləndiyini bildirib. Onun fikrincə, həmin qurumların müzakirələrdə yalnız 5 partiyanın iştirakı ilə bağlı tələbləri ədalətli deyil: “Bu, əsası olmayan, iddialı və ambisioz yanaşmadır. Onların müzakirələrə qatılmaması bu toplantı üçün heç bir əngəl yaratmadı. Təsir sadəcə, bundan ibarət oldu ki, dörd təklif az səsləndi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR