Bank Of Baku

Denis Bribosia: “Biz Seçki Məcəlləsinə dəyişikliklə bağlı hökumətə məsləhət verməkdən başqa heç bir iş görə bilmərik”

Denis Bribosia: “Biz Seçki Məcəlləsinə dəyişikliklə bağlı hökumətə məsləhət verməkdən başqa heç bir iş görə bilmərik”
# 09 noyabr 2007 16:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia hökumətin ilin sonuna kimi Seçki Məcəlləsinə dəyişikliklər etməyəcəyi halda təmsil etdiyi qurumun mövqeyinin necə olacağı ilə bağlı sualı cavablandırarkən deyib. Avropa Şurasının məcəlləyə bu ilin sonuna kimi dəyişikliklər edilməsini vacib saydığını bildirən D. Bribosia bu istiqamətdə hökumətə lazımi kömək göstərməyə hazır olduqlarını söyləyib: “İlin sonu gəlmədən bədbinliyə qapılmaq üçün heç bir səbəb görmürəm”. D. Bribosia seçki komissiyalarının tərkibi ilə bağlı onlarda hər hansı formatın, modelin olmadığını da bildirib: “Bu, müzakirələr nəticəsində razılaşdırılmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR