Bank Of Baku

Sergey Kuznetsov: “Bir çox təkliflərin bir-biri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, diskussiyalar çox pozitiv keçdi”

Sergey Kuznetsov: “Bir çox təkliflərin bir-biri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, diskussiyalar çox pozitiv keçdi”
# 09 noyabr 2007 16:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Venesiya Komissiyasının seçki və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov söyləyib: “Biz hesab edirik ki, istənilən demokratik cəmiyyətdə mövqe nümayiş etdirən bütün qüvvələrə öz təkliflərini irəli sürmək üçün yaxşı tribuna verilməlidir. Biz Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı əksər təklifləri bir müddət əvvəl almışıq və öz ekspertlərimizə təqdim etmişik. Təkliflərin müəllifləri bu diskussiyalarda çıxış etmək və ideyalarını əsaslandırmaq imkanı qazandılar”. Sergey Kuznetsov 3 gün davam edən diskussiyaların maraqlı və konstruktiv keçdiyini bildirib: “Bir çox təkliflərin bir-biri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, diskussiyalar çox peşəkar səviyyədə keçdi. Mənə elə gəlir ki, bu, çox müsbət nəticədir. Ümidvarıq ki, bu hansısa prosesin başlanğıcıdır və proses daha da inkişaf edəcək. Beynəlxalq təşkilatların Bakıya gələrək hansısa diskussiyalar təşkil etməsi o qədər də vacib deyil, ümidvarıq ki, bu diskussiyalardan sonra iştirakçılar həm hakimiyyət, həm də müxalifət nümayəndələri öz təklifləri ətrafında tam Azərbaycan formatında görüşlər təşkil etməyə müvəffəq olacaqlar. Bu, çox əla olardı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR