Bank Of Baku

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev dərsləri” mövzusunda daha bir məruzə dinlənilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev dərsləri” mövzusunda daha bir məruzə dinlənilib
# 10 noyabr 2007 08:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu dəfə təhsil naziri Misir Mərdanov ölkədə təhsil sahəsində aparılan islahatlar, görülən işlər və mövcud problemlər haqqında danışıb, bu sahədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun davamçısı, prezident İlham Əliyevin xidmətlərini sadalayıb. Nazir hələ Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə ölkədə 849 ümumtəhsil, 94 peşə, 5 yeni ali məktəbin istifadəyə verildiyini bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyev son 4 ildə təhsillə bağlı keçirilən 50 tədbirdə iştirak edib, bu sahədə 65 fərman və sərəncam imzalayıb, 800 təhsil işçisini təltif edib. M. Mərdanov gələn il dövlət büdcəsindən təhsilə ayrılan xərclərin 974 milyon manat təşkil edəcəyinin proqnozlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu məbləğ ötən illə müqayisədə 28,5 faiz çoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR