Bank Of Baku

“Azərbaycan gəncliyi PKK terrorunu pisləyir” mövzusunda konfrans keçirilib

“Azərbaycan gəncliyi PKK terrorunu pisləyir” mövzusunda konfrans keçirilib
# 10 noyabr 2007 12:04 (UTC +04:00)
“Azərbaycan gəncliyi PKK terrorunu pisləyir” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransı Türkiyə Universitetləri Məzunları Cəmiyyəti (TUMC) təşkil edib. Konfransda çıxış edən TUMC-nin sədri Çingiz Bayramov bildirib ki, PKK 39 terror təşkilatından biri kimi ABŞ və Avropa ölkələri tərəfindən tanınsa da, çox təəssüf ki, bu günə kimi heç bir dövlət PKK ilə ciddi mübarizə aparmayıb: “Ancaq Türkiyə bunu etdi. PKK ilə mübarizədə hər bir türk əsgərinin şəhid olması bizi üzür”. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayevə Azərbaycanın terrordan kifayət qədər əziyyət çəkən ölkə olduğunu xatırladıb: “Ermənilərin Azərbaycanda törətdikləri terror hadisələrini sadalamağa ehtiyac yoxdur , bizim çoxumuz bunun canlı şahidi olmuşuq. Ermənilər Azərbaycanla kifayətlənməyib, Türkiyə və başqa ölkələrdə də terrorla məşğul olurlar. Bu gün dünyada terror getdikcə artır, bunun da başlıca səbəbi terrorla mübarizənin kifayət qədər aparılmamağı və terror təşkilatlarının arxasında bir çox güclü dövlətlərin dayanmasıdır. “Mənə toxunmayan ilan 100 il yaşasın” amalı ilə yaşasaq , bir neçə ildən sonra hər kəsin bir terrorçusu olacaq və dövlətlər həll edə bilmədikləri problemi terror vasitəsilə edəcəklər. Bu gün ASALA terror təşkilatının törətdiyi cinayət göz qabağındadır, ancaq çox təəssüf ki, dünya dövlətləri bu həqiqətlərə göz yumurlar. Türkiyədə terror getdikcə artır və bu bizi çox narahat edir”. Konfransda iştirak edən Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev, Bakı Dövlət Universitetinin professoru Musa Qasımov, QHT-lərin nümayəndələri də öz çıxışlarında terroru pisləyərək, bu məsələdə daima Türkiyəni dəstəkləyəcəklərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR