Bank Of Baku

MSK sədri Ukraynaya gedib

MSK sədri Ukraynaya gedib
# 12 noyabr 2007 08:55 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Ukrayna MSK-nın sədri Vladimir Şapovalın dəvəti ilə Kiyev şəhərinə yola düşüb. MSK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Ukrayna MSK-nın yaranmasının 10 illiyi ilə bağlı keçirilən təntənəli tədbirlərə qatılmaqdır. Bundan əlavə, Azərbaycan MSK sədrinin V. Şapovalla görüşündə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirlərdə iştirak etmək üçün Kiyevə M. Pənahovla birgə MSK üzvü Fuad Cavadov və MSK Katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da yola düşüb. Səfər noyabrın 12-dən 15-nə qədər davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR