APA-nın ABŞ bürosunun müxbirinin məlumatına görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının tarixi, mədəni abidələri ilə bağlı yalan və separatçı fikirlər səsləndirilib. Sərginin açılışındakı çıxışında erməni professoru, Ermənistanın Tarixi və Mədəni Mühitin Qorunması üzrə Agentliyin direktor müavini Ağram Ayvazyan indiki Naxçıvan ərazisində 27 min erməni abidəsinin, kilsə və xaçkarın olduğunu iddia edib, hətta burda olan 13 erməni kilsəsindən birinin 2000 il əvvəl inşa olunması ilə bağlı sayıqlamalar da səsləndirib.
APA-nın ABŞ bürosu əməkdaşının “niyə öz çıxışınızda Naxçıvandakı alban kilsələri barədə bir kəlmə belə danışmadınız?” sualı qarşısında bur müddət sükut nümayiş etdirən A. Ayvazyan “ola bilsin ki, ermənilərin özlərinki adlandırdığı kilsələr Albanlara məxsus olub”. Ayvazyan kilsələrdən bir qisminin də Sovet İttifaqının dinə qarşı apardığı mübarizə çərçivəsində dağıdıldığını qeyd edib. Azərbaycanlılardan birinin “çıxışınız zamanı nümayiş etdirdiyiniz qala yazıları, saxsı qabların ermənilərə məxsus olmasını sübut edən bir dəlil belə tapmadınız” sualına qeyri-müəyyən cavab verən A. Ayvazyan “həmin faktlara ehtiyac yoxdur” deyib. Eyni cavabı o, Xudafərin körpüsünün hansı əsaslarla ermənilərə məxsus abidə kimi göstərilməsi ilə bağlı suala cavabında da səsləndirib.
Qeyd edək ki, Qlendeyil Amerikanın ən böyük erməni icması yaşayan şəhəri olsa da, tədbirə 80-100 arası erməni belə qatılmayıb. Tədbirdə altı azərbaycanlıdan başqa heç bir xarici qonaq iştirak etməyib. Ona görə də ermənilər tədbiri əvvəlcə öz dillərində aparıblar. Yalnız azərbaycanlılar sual verəndən sonra Ayvazyana tarcüməçi təqdim olunub.
Onu da qeyd edək ki, bir müddət öncə ermənilər analoji tədbir keçiriblər. Orda da azərbaycanlı tələbələrin müdaxiləsindən sonra tədbir uğursuz başa çatıb. /
APA/