Bank Of Baku

YAP “Heydər Əliyev və yeni Azərbaycan gəncləri” mövzusunda məqalə müsabiqəsinin nəticələrini açıqlayıb

YAP “Heydər Əliyev və yeni Azərbaycan gəncləri” mövzusunda məqalə müsabiqəsinin nəticələrini açıqlayıb
# 12 noyabr 2007 10:04 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) gənclər arasında “Heydər Əliyev və yeni Azərbaycan gəncləri” mövzusunda keçirdiyi məqalə müsabiqəsini başa çatdırıb. APA-nın məlumatına görə, müsabiqənin yekunu ilə bağlı bu gün partiya qərargahında ilk 3 yeri tutmuş müəlliflərin mükafatlandırılması mərasimi keçirilib. Partiya sədrinin birinci müavini, icra katibi Əli Əhmədov YAP-ın 15 illik yubileyi ərəfəsində keçirilən müsabiqənin mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, YAP gənclərin intellektual səviyyəsini yoxlamaq üçün daim belə tədbirlər həyata keçirir. Müsabiqə YAP-ın Bakı şəhər, Abşeron və Sumqayıt təşkilatlarının gəncləri arasında keçirilib. 39 nəfərin içərisindən ilk üçlük müəyyənləşib. Birinci yerə Nərimanov rayon təşkilatının üzvü Elnurə Qarayeva, ikinci yerə Əzizbəyov rayon təşkilatının üzvü Natəvan Həbibova, üçüncü yerə isə Səbayel rayon təşkilatının üzvü Jalə Axundova layiq görülüb. Qaliblərə diplom və pul mükafatı verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR