Bank Of Baku

Elmar Məmmədyarov xarici dövlətlərin altı yeni səfirinin etimadnaməsinin surətini qəbul edəcək

Elmar Məmmədyarov xarici dövlətlərin altı yeni səfirinin etimadnaməsinin surətini qəbul edəcək
# 12 noyabr 2007 10:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə ənənəvi həftəlik mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. Onun sözlərinə görə, bu gün Malayziya səfiri Dato Saipul Anuar Abd Muin, Qana səfiri Edvard Apau Manteu, Niderland səfiri Marsel Kusperşoyek, Avstriya səfiri Marius Kalliqaris, Fil Dişi Sümüyü ölkəsinin səfiri Fanidi Qnuano Filiber, Fələstin səfiri Əsəd Əbdəl Munem Əl Əsəd etimadnamələrinin surətini xarici işlər nazirinə təqdim edəcəklər. Xəzər İbrahimin sözlərinə görə, bu səfirlərin iqamətgahları regionun digər ölkələrində yerləşir, onlar həmin ölkələrlə yanaşı Azərbaycanda da səfir missiyasını yerinə yetirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR