Bank Of Baku

Rəsul Quliyev: “Mən indiki müxalifətin müxalifətçilik kriteriyasının nədən ibarət olduğunu, onların konkret nə istədiyini bilmirəm”

Rəsul Quliyev: “Mən indiki müxalifətin müxalifətçilik kriteriyasının nədən ibarət olduğunu, onların konkret nə istədiyini bilmirəm”
# 12 noyabr 2007 10:57 (UTC +04:00)
Bu fikirəlri APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Seçki Məcəlləsi ilə bağlı aparılan müzakirələrin nəticəsiz başa çatmasına münasibət bildirərkən deyib. Hələlik yalnız bir müzakirənin keçirildiyini, prosesin başa çatmadığını söyləyən R. Quliyev hesab edib ki, əgər məsələyə ciddi yanaşılsa, ən azı 3 aylıq müzakirə və qərar qəbul etmək prosesi irəlidədir. Seçki Məcəlləsi ilə bağlı müzakirələri AXCP, Müsavat, ADP, ALP-nin boykot etmələri prosesini tənqid edən R. Quliyev bu təşkilatların Azərbaycanda xüsusi statusunun olmadığını deyib: “Onlar da Azərbaycanda dövlət qeydiyyatına alınmış və yaxud alınmamış 50-dən cox partiyadan biridir. Mən 2007-ci ildə hec vaxt onlarla əməkdaşlıq etmək istədiyim barədə fikir irəli sürməmişəm, həmişə müxalifətin bir bayraq altında toplanmasına üstünlük vermişəm”. R. Quliyev secki şəraitinin yaradılması ilə əlaqədar geniş tərkibdə müzakirələrin yenidən başlanması üçün ACP rəhbərlərindən xahiş edəcəyini bildirib. Toplantının dekabrın əvvəllərdə keçirilməsini planlaşdıran R. Quliyev hesab edir ki, müxalifət bu müzakirələrdən vahid qərarla çıxmalıdır: “Neçə partiya və ictimai təşkilat birləşəcək, onu deyə bilmərəm. Amma beynəlxalq təşkilatlarda da sözü qəbul olunan bir təşkilat yaradılmalıdır. Hamının bu müzakirələrdə iştirakını arzu edərdim”.
Müxalifətin bir araya gələ bilməməsinə münasibət bildirən R. Quliyev söyləyib ki, müxalifət təkcə Seçki Məcəlləsi ilə bağlı məsələdə yox, heç bir halda ortaq məxrəcə gələ bilmir: “Mən indiki müxalifətin müxalifətçilik kriteriyasının nədən ibarət olduğunu, onların konkret nə istədiyini bilmirəm. İndi seçki komissiyalarının yaradılmasını əsas mövzuya çeviriblər, guya bunun çox böyük əhəmiyyəti var. Seçki keçirmək şəraitinin fundamental dəyişilməyəcəyi təqdirdə, seçki komissiyalarının üzvlərinin yarısının “müxalifətdən” olmasının nə əhəmiyyəti var?”. R. Quliyevin fikrincə, demokratiyanın yeganə yol olduğunu sözdə qəbul edənlərin bir yerə yığışıb müzakirə edərək qərar çıxarda bilməməsi qeyri-normal haldır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR