Yevgeniya Jivkova: “Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlı olmasam da, Azərbaycan ərazilərinin işğal olunduğunu bilirəm”
- Mən hal-hazırda Azərbaycan haqqında o qədər də məlumatlı deyiləm və bu baxımdan sizi məyus etmək istəməzdim. Yeni vəzifəmin icrasına məsuliyyətlə başlayıram və sürətlə inkişaf edən, müasirləşən Azərbaycanla çox fəal çalışmaq arzusundayam. Dağlıq Qarabağ problemi barədə yetərli səviyyədə məlumatlı olduğumu söyləməyim çox ambisioz çıxar, amma mən AŞPA-nın bu barədə qəbul etdiyi qətnaməni əsas tutaraq deyə bilərəm ki, Azərbaycan ərazilərinin müəyyən hissəsi hələ də işğal altındadır. Bu münaqişə nəticəsində 4 mindən çox insan itkin düşmüş sayılır, azərbaycanlı məcburi köçkünlərin sayı isə 760 min nəfərdir. Mən Vyanada ATƏT çərçivəsində keçirilən və hər iki tərəfin tez-tez mövqe bildirdiyi müzakirələrin yazılı qeydlərini də öyrənmək niyyətindəyəm. İnanıram ki, Azərbaycanla Ermənistan arasında davam edən yüksək səviyyəli dialoq nəticə verəcək. Eyni zamanda AŞPA-nın mövqeyini bölüşərək hesab edirəm ki, Azərbaycan hökuməti əhalini hazırda müzakirə olunan məsələlərin qəbulu üçün hazırlamalı, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında əlaqələr inkişaf etdirilməlidir.
- Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri və onların yerinə yetirilməsinin vəziyyəti ilə tanışsınızmı?
- Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı mənzərə budur ki, bir tərəfdən AŞPA Azərbaycanın bir sıra sahələr üzrə əldə etdiyi nailiyyətlərdən xəbərdardır. Bunun ən bariz nümunəsi Seçki Məcəlləsinə dəyişikliklər edilməsi və bu yaxınlarda insan haqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbuludur. Ancaq digər tərəfdən, assambleya hakim çoxluqla müxalifət arasında dialoq qurulmamasından çox narahatdır.
- Digər həmməruzəçi - Andres Herkellə əlaqə saxlamısızmı? Onun Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunmasının zəruriliyi barədə mövqeyini bölüşürsünüzmü?
- Mən sosialist qrupundan Azərbaycan üzrə həmməruzəçi təyin olunarkən öz çıxışımda bildirmişdim ki, həmkarım Avropa Xalq Partiyasının AŞPA-dakı qrupunun üzvü, eston parlamentar Andres Herkellə çox yaxından əməkdaşlıq edəcəyəm. O, Azərbaycanda müəyyən iş təcrübəsinə malikdir və bu təcrübə Monitorinq Komitəsi tərəfindən qiymətləndirilir. Siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına gəldikdə isə, bu suala cavab verməzdən əvvəl Herkellə bu mövzuda söhbət etmək istəyirəm. Bu, çox mürəkkəb məsələdir və hesab edirəm ki, təkcə Herkellə yox, başqa şəxslərlə də məsləhətləşmək lazımdır.
- Azərbaycanda mətbuatla bağlı yaranmış duruma münasibətiniz necədir?
- AŞPA-nın Azərbaycanda media ilə bağlı narahatlığı plüralizm və söz azadlığı məsələləri ilə əlaqədardır və bu, Monitorinq Komitəsinin bütün hesabatlarında əks olunub. Əlbəttə, bu disputda kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək mənim işim deyil. Ancaq mən bu məsələ ilə bağlı situasiyanın inkişafını diqqətlə izləyəcəyəm. Azad və məsuliyyətli mətbuat Avropa demokratiyasının təməl daşlarından biridir.
- Azərbaycanın məsələsinin AŞPA-nın yanvar sessiyasında müzakirə ediləcəyini gözləmək olarmı?
- Bunu assambleyanın bürosu həll edəcək. Ancaq hələlik məndə bu barədə məlumat yoxdur.
- Bolqarıstan parlamentinin deputatı kimi Azərbaycan-Bolqarıstan əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz? Baş nazir Sergey Stanişevin Bakıya səfərindən nə gözləyirsiniz?
- Azərbaycan və Bolqarıstan parlamentləri arasında əməkdaşlıq siyasi və digər problemlərin mövcud olmadığı ənənəvi yaxşı münasibətlər bazasında inkişaf edir. Bizim xarici siyasətlə bağlı prioritetlərimiz eynidir. Hər iki ölkənin siyasi və iqtisadi sabitliyi ikitərəfli əlaqələrin sonrakı inkişafı üçün yeni perspektivlər açır. Tərəflərin siyasi, iqtisadi, sosial və qeyri-hökumət sektorlarında son illər əldə etdikləri əməkdaşlığımız üçün yaxşı start sayıla bilər, amma bu, mövcud potensiala uyğun deyil xüsusən də avrointeqrasiya sahəsində. Bolqarıstan Avropa Qonşuluq Siyasəti məsələsində Azərbaycana dəstək verə bilər. /APA/
Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Xəbər Lenti
Kavelaşvili: Azərbaycanın Gürcüstana göstərdiyi ləyaqətli münasibət nümunəvidir
Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb
Gürcüstanın böyük hissəsi işıqsız qalıb
Britaniya İranın hədələrindən sonra ordusunun istənilən hücuma hazır olduğunu açıqlayıb
Tramp bildirib ki, İran hələ də ABŞ ilə razılaşmaya hazır deyil
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət edib
KL: "Zirə" “Payde”yə məğlub olub
Si Cinpin sentyabrın 24-də ABŞ-a səfər edəcək
Tramp yenidən prezident olmaq istədiyini bildirib
Cəbrayıl rayonunda mina partlayıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
Yevlax sakini həmyerlisini odlu silahdan atəş açaraq qətlə yetirib
İrana aid neft tankeri ABŞ-ın mühasirəsini yarıb
AL: “Qarabağ” ÇSKA ilə heç-heçə edib
Sabah Banqladeş prezidentinin istefa verəcəyi gözlənilir
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
İranın Qəşm adası raket hücumuna məruz qalıb
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Əraqçi Qırğızıstana yollanıb
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
Dünya Bankı Venesuelada zəlzələlərin vurduğu ziyanın həcmini açıqlayıb
Tehran Britaniyanı hədələyib: İrana hücumlarda istifadə olunan istənilən baza legitim hədəf sayılacaq
Bakıda 23 istiqamətdə sıxlıq var - FOTO
İran XİN: ABŞ-yə dəstək verən ölkələr İrana qarşı təcavüzün iştirakçısı sayılır
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər
“AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirib
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
KİV: Britaniya Tehrandakı səfirliyini bağlayıb, Fransa İrandakı diplomatlarını geri çağırıb
Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar - FOTO
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1