Bank Of Baku

Əli Əhmədov: “Bəzi müxalifətçilər mövqelərinə uyğun gəlməyən fikirləri dinləməyə hazır olmadıqlarını bir daha nümayiş etdirdilər”

Əli Əhmədov: “Bəzi müxalifətçilər mövqelərinə uyğun gəlməyən fikirləri dinləməyə hazır olmadıqlarını bir daha nümayiş etdirdilər”
# 12 noyabr 2007 11:51 (UTC +04:00)
“Dörd müxalifət partiyası seçki komissiyalarının tərkibi ilə bağlı müzakirələrə qatılmamaqla niyyətlərinin o qədər də aydın və xoş olmadığını ortaya qoydular. Halbuki, komissiyaların tərkibi ilə bağlı ən çox məhz bu partiyalar tələb irəli sürürdülər”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Müsavat, AXCP, ADP və ALP-nin seçki komissiyalarının tərkibi ilə bağlı beynəlxalq qurumlar tərəfindən keçirilən müzakirələri boykot etməsinə münasibət bildirərkən deyib. Onun fikrincə, həmin partiyalar həqiqətən bu məsələ ilə bağlı müzakirələrin keçirilməsində maraqlı olsaydılar, tədbirə qatılmalıydılar: “Onlar bu addımı atmamaqla açıq müzakirələrin keçirilməsinə, həmçinin mövqelərinə uyğun gəlməyən fikirləri dinləməyə hazır olmadıqlarını bir daha nümayiş etdirdilər”. Ə. Əhmədov Avropa Şurası və İFES-in təşkil etdiyi müzakirələrin ümumilikdə səmərəli olduğunu da vurğulayıb: “Ən azından ona görə ki, partiyaların böyük bir qismi fikir mübadiləsi apardı, çoxlu təkliflər irəli sürüldü. Amma bu təkliflərin hamısını nəzərə almaq mümkün deyil. Ortaq məxrəcə gəlmək böyük axtarışlar, diskussiyalar tələb edir və bu istiqamətdə işlər görülə bilər. Digər tərəfdən biz Azərbaycanın hansısa sınaqların keçirilməsi üçün meydan olmasını arzulamırıq. Buna imkan vermək olmaz. Seçki demokratiyanın inkişafı üçün əhəmiyyətli olduğu qədər də ölkənin daxili işi sayılmalıdır. Hər seçkinin taleyini xalqın iradəsi həll edir. Buna görə də biz beynəlxalq təşkilatların təkliflərinə hörmətlə yanaşacağıq və öz möqeyimiz də ortada olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR