Bank Of Baku

Elmar Məmmədyarov Liviya xarici işlər nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov Liviya xarici işlər nazirinin müavinini qəbul edib
# 12 noyabr 2007 13:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Liviya Xalq Cəmahiriyyəsinin xarici işlər nazirinin müavini Məhəmməd Əl Barranini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığın səviyyəsindən razı olduqlarını və əlaqələri daha da dərinləşdirməyin zəruriliyini vurğulayaraq beynəlxalq təşkilatlar daxilində də qarşılıqlı dəstəkdən məmnunluqlarını bildiriblər. Qonaq Liviya xarici işlər nazirinin salamlarını çatdıraraq nazir E. Məmmədyarovu ölkəsinə səfərə dəvət edib. O, hökumətlərarası birgə komissiyanın yaradılmasını alqışlayaraq siyasi müstəvidə əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələri də gücləndirmək üçün Azərbaycana iqtisadi missiyanın göndərilməsi niyyətində olduqlarını diqqətə çatdırıb. E. Məmmədyarov isə Liviyanı gələn ildən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edib və bu ölkənin İslam Konfransı Təşkilatı daxilində də aktiv fəaliyyətini müsbət qiymətləndirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR