Bank Of Baku

Noyabrın 19-21-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin payız sessiyası keçiriləcək

Noyabrın 19-21-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin payız sessiyası keçiriləcək
# 12 noyabr 2007 13:35 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin noyabrın 19-21-də keçiriləcək sessiyasında əsas məsələ Avropada regionlaşmanın əsasları və Avropa regional demokratiya xartiyası layihəsinin təsdiqi olacaq. Bu barədə APA-ya Konqresdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov məlumat verib. Bundan əlavə sessiyada Avropa Şurası üzv olan ölkələrdə
keçirilmiş yerli seçkilərin monitorinqi, bir sıra ölkələrdə regional xartiyanın yerinə yetirilməsi ilə bağlı monitorinqlə bağlı məsələlər müzakirə olunacaq: “Konqressin payız sessiyaları institusional adlanır, burada əsasən plenar sessiyaya çıxarılan məsələlər ilkin baxışdan keçirilir. Bu sessiya siyasət daimi komissiyası ilə birlikdə keçiriləcək. Bu komissiya yerli hakimiyyət orqanlarının sosial sahədəki işlərinin konturlarını cızan bir komissiyadır”. Anar İbrahimov sessiyada Avropa Regional Demokratiya Xartiyasının daha da təkmilləşdirilməsi üçün işlər aparmaq üçün konkret addımlar atılacağını gözlədiyini deyib. O xatırladıb ki, 1999-cu ildən müzakirə olunan xartiya layihə səviyyəsindədir, çünki bir sıra dövlətlər bu xartiyanın tətbiqinə hələ də hazır deyil. Qeyd edək ki, sessiyada Anar İbrahimovdan başqa Azərbaycan nümayəndə heyətinin daha 2 üzvü iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR