Bank Of Baku

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb
# 12 noyabr 2007 13:47 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə qərar partiyanın noyabrın 10-da keçirilən Ali Məclisinin sessiyasında qəbul olunub. Ali Məclisdə 27 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb, komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Ali Məclisin toplantısında BAXCP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Hüseyn Cavadov partiyanın İdarə Heyətinə üzv seçilib. Tədbirdə BAXCP sədri Qüdrət Həsənquliyev çıxış edib və sədrinin məruzəsi əsasında müzakirələr aparılıb. BAXCP Ali Məclisi tərəfindən Türk Dövlət və Cəmiyyətlərinin Bakıda keçiriləcək XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına müraciət də qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR