Bank Of Baku

Şəkidə YAP-ın yaranmasının 15-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Şəkidə YAP-ın yaranmasının 15-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
# 12 noyabr 2007 14:18 (UTC +04:00)
Bu gün Şəkidə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 15-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki Rayon İcra Hakimiyyətindən məlumat verilib. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında təşkil olunmuş tədbirə rayon ictimaiyyətinin nümayəndələri, YAP fəalları, təşkilat və müəssisə rəhbərləri ilə yanaşı, RİH başçısı Nazim İbrahimov da qatılıb. Konfransda məruzə ilə çıxış edən rayon icra başçısı N. İbrahimov YAP-ın yarandığı gündən bəri keçmiş olduğu ağır və keşməkeşli yoldan danışıb, bu yolda Heydər Əliyevin çəkdiyi zəhmətdən bəhs edərək partiyanın qazandığı nailiyyətlərdən söhbət açıb. Daha sonra tədbirdə məruzə ətrafında çıxışlar dinlənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR