Bank Of Baku

Qaxda 12 Noyabr - Konstitusiya günü münasibəti ilə tədbir keçirilib

Qaxda 12 Noyabr - Konstitusiya günü münasibəti ilə tədbir keçirilib
# 12 noyabr 2007 14:18 (UTC +04:00)
Bu gün Qax rayonunda 12 Noyabr - Konstitusiya günü münasibəti ilə tədbir keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon İcra Hakimiyyəti başçısının elm, təhsil və mədəniyyət işləri üzrə müavini Ziyafət Xasıyeva məlumat verib. Tədbirə rayon ziyalıları, ağsaqqallar, təşkilat və müəssisə rəhbərləri qatılıb. Tədbirdə çıxış edənlər Konstitusiyanın qəbulu və orada əks olunan əsas müddəaların aliliyindən danışaraq rayon sakinlərini bu bayram münasibəti ilə təbrik ediblər. Qeyd edək ki, bu gün Konstitusiya günü münasibəti ilə bayram tədbirləri Zaqatala və Balakən rayonlarında da qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR