Bank Of Baku

Terri Devis : “ Əgər Azərbaycandan dəvət alsam, bunu çox məmnuniyyətlə qəbul edərəm ”

Terri Devis : “ Əgər Azərbaycandan dəvət alsam, bunu çox məmnuniyyətlə qəbul edərəm ”
# 12 noyabr 2007 15:08 (UTC +04:00)
Bu mənim Avropa Şurasının baş katibi qismində Ermənistana ilk səfərim idi. Mən indi iş çədvəlimdə boş vaxt tapdığım üçün Ermənistana səfər etdim ”. Bunu bu gün Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri Yan Kubişlə birgə mətbuat konfrası keçirən şuranın baş katibi Terri Devis APA-nın Avropa bürosunun regiona son səfəri zamanı Ermənistan və Gürcüstanda olub, Azərbaycana səfər etməməsinin səbəbləri iə bağlı sualını cavablandırarkən deyib. T. Devis bildirib ki, o Ermənistandan Gürcustana prezident Saakaşvilinin dəvəti ilə getdiyini deyib : “ Mən Tiflisdə Şərqi Avropanın quruculuğuna dair keçirilmiş sammitdə iştirak etdim. Bu sammit çərçivəsində sədrlik etdiyim sessiyada “ dondurulmuş münaqişələr”dən danışdıq. Eyni zamanda Gürcüstanda baş verən son olaylar mənim gəlişimdən bir az oncə başladı. Bu da mənə problemlə yerində tanış olmaq və tərəflərlə fikir mübadiləsi aparmaq fürsəti verdi. Azərbaycan tərəfindən isə yaxın vaxtlarda rəsmi dəvət almamışam. Əgər belə dəvət alsam, bunu çox məmnuniyyətlə qəbul edərəm. Çünki mən bir neçə dəfə Azərbaycanda olmuşam, hər dəfə də bu səfərlərdən böyük məmnuniyyət hissi keçirmişəm ”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR