Bank Of Baku

“Azadlıq” blokunun Muğan və qərb bölgələri üzrə zona müşavirələri keçirilib

“Azadlıq” blokunun Muğan və qərb bölgələri üzrə zona müşavirələri keçirilib
# 12 noyabr 2007 15:09 (UTC +04:00)
“Azadlıq” blokunun Muğan və qərb bölgələri üzrə zona müşavirələri keçirilib. Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, müşavirələrdə blokun rəhbər strukturlarını təmsil edən şəxslər iştirak edib. H. Kərimov iclaslarda blokun vahid komanda kimi formalaşması ilə bağlı müzakirələrin aparıldığını, həmçinin ictimai-siyasi durum, bölgələrdəki vəziyyətlə bağlı fikir mübadiləsinin aparıldığını bildirib: “Əsas məsələ isə Seçki Məcəlləsinin dəyişməsi ilə bağlı blokdakı 3 partiyanın yerli təşkilatlarının atacağı birgə addımlara diqqət yetirilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR