Bank Of Baku

Həsən Kərimov: “AXCP-nin qurultayının yenidən təxirə salınacağını istisna etmirəm”

Həsən Kərimov: “AXCP-nin qurultayının yenidən təxirə salınacağını istisna etmirəm”
# 12 noyabr 2007 15:26 (UTC +04:00)
“Proseslərin bu şəkildə davam edəcəyi halda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayının keçirilməsinə ciddi problemlər yaradılacağı gözlənilir. Böyük maneələrin olacağı halda, partiyanın qurultayının yenidən təxirə salınacağını istisna etmirəm”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Həsən Kərimov bildirib. Artıq bir sıra rayon təşkilatlarının öz konfranslarını keçirməyə nail olduqlarını deyən H.Kərimov bir sıra RT-larının qərargahlarından çıxarıldığını qeyd edib: “Bu da onların bir yerə toplaşıb müzakirə aparmasına mane olur. İndi bir sıra rayonlar konfranslara tam hazırdır, amma konfransların keçirilməsi üçün yerli icra hakimiyyəti orqanları yer ayırmır”. Yaradılan maneələrə baxmayaraq, H. Kərimov qurultayı keçirməyə çalışacaqlarını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR