Bank Of Baku

NATO-nun qiymətləndirmə qrupu Azərbaycana gələcək

NATO-nun qiymətləndirmə qrupu Azərbaycana gələcək
# 12 noyabr 2007 15:28 (UTC +04:00)
Noyabrın 20-də NATO-nun qiymətləndirmə qrupu Azərbaycana gələcək. Bu barədə APA-ya Daxili Qoşunların Baş İdarəsindən məlumat verilib. Qrup Daxili Qoşunlarda sülhməramlı bölüyün yaradılması istiqamətində həyata keçirilən işlərlə tanış olacaq və məruzə hazırlayacaq.
Qeyd edək ki, Daxili Qoşunlarda sülhməramlı bölüyün ştat-struktrunun yaradılması istiqamətində işlər yekunlaşıb. Bölük 2008-ci ildə tam hazır olacaq. Sülhməramlı bölüyün şəxsi heyəti müqavilə əsasında xidmətə cəlb olunanlardan formalaşdırılıb. 2010-cu ilə qədər isə Daxili Qoşunlarda sülhməramlı taborun yaradılması başa çatdırılacaq. Sülhməramlılar münaqişə zonalarında polisə dəstək əməliyyatlarında iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR