Bank Of Baku

Yaxın günlərdə məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar başlayacaq

Yaxın günlərdə məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar başlayacaq
# 12 noyabr 2007 15:40 (UTC +04:00)
Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən kurslar başa çatıb və yaxın günlərdə məntəqə seçki komissiyalarının üzvləri üçün də analoji kurslar başlayacaq. Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bildirib. Onun sözlərinə görə, artıq 125 DSK-nın bütün üzvləri kursu bitirib və onlara müvafiq sertifikatlar təqdim edilib. MSK katibi bildirib ki, bu kurslar ölkə prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq keçirilir və sözügedən sərəncamda MSK üzvlərinə də müəyyən vəzifələr qoyulub. Məntəqə seçki komissiyalarının üzvləri üçün keçiriləcək kurslarda prezident, parlament və bələdiyyə seçkilərinə hazırlıq, səsvermənin keçirilməsi, seçici siyahılarının hazırlanması, pozuntuların araşdırılması, aradan qaldırılması və digər mövzular üzrə mühazirələr deyiləcək. Kursların bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR