Millət vəkilləri Qənimət Zahidin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət imzalayırlar

Millət vəkilləri Qənimət Zahidin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət imzalayırlar
# 13 noyabr 2007 09:31 (UTC +04:00)
Millət vəkili Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, deputatlar baş redaktorun şəxsi zaminə götürülməsi barədə müraciət etmək barədə düşünsələr də, bu məsələ qanunvericilikdə ləğv olunduğu üçün digər variantı seçməli olublar. P. Hüseyn artıq müraciətin hazırlandığını və deputatlar arasında imzalanma prosesinin getdiyini bildirib. O, günün sonuna kimi imza toplamanın davam edəcəyini, sonra Baş Prokurorluğa göndəriləcəyini bildirib. Ən azı 10 deputatın müraciətə imza atacağı gözlənilir: “Biz qanunun imkan verdiyi vasitələrdən istifadə edib Qənimət Zahidin azadlığına çalışacağıq. İstər hüquqi, istər siyasi və istər humanitar xarakterli addımlar atmaq planlaşdırılır. İstəyimiz odur ki, uzunmüddətli tədbirlərin görülməsinə ehtiyac qalmasın və həbs-qətimkan tədbiri dəyişdirilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR