Bank Of Baku

Sergey Stanişev: “Dağlıq Qarabağ münaqişəsi daim dondurulmuş vəziyyətdə qala bilməz”

Sergey Stanişev: “Dağlıq Qarabağ münaqişəsi daim dondurulmuş vəziyyətdə qala bilməz”
# 13 noyabr 2007 09:40 (UTC +04:00)
O, Bolqarıstanın 2004-cü ildə ATƏT-ə sədrlik etdiyi dövrdə Praqa prosesinin qurulmasına çox ciddi yardım göstərdiyini xatırladıb: “Hesab edirəm ki, regional əməkdaşlığa təminat verən dayanaqlı qərar qəbul edilməlidir. Münaqişə daim dondurulmuş vəziyyətdə qala bilməz, stabillik və inkişafa zəmanət olan həll variantı nə qədər tez tapılsa, bir o qədər yaxşı olar”. Sergey Stanişev Bakıdan sonra İrəvana səfər edəcəyini və burada səsləndirdiyi fikirləri Ermənistan paytaxtında da eynilə söyləyəcəyini vurğulayıb: “Bolqarıstan bir region ölkəsi və Avropa İttifaqına üzv ölkə kimi regionun stabilliyi və inkişafını istəyir. Hazırkı vəziyyət nə Azərbaycan, nə də Ermənistan xalqlarının mənafelərinə uyğundur. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda çoxsaylı qaçqın var, ölkə ərazisinin bir hissəsi mərkəzi hakimiyyətin nəzarəti altında deyil. Ermənistan ərazisi blokadada olduğu üçün qonşuları ilə normal iqtisadi əlaqələr qura bilmir, münaqişə bu ölkənin iqtisadi və sosial inkişafına mane olur”. Münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqları çətin proses adlandıran Sergey Stanişev konstruktiv həll yolunun axtarılmasının vacibliyi vurğulayıb. “Bir faktı xatırladım ki, Bolqarıstan ilə Yunanıstan əsrlər boyu ərazi uğrunda və Egey dənizinə çıxış uğrunda müharibələr aparıblar. İndi isə bizi sərhədlərimiz tamamilə maraqlandırmır, çünki hər iki ölkə Avropa İttifaqının üzvüdür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR